İnsan Resurslarının İdarəedilməsi

  • Kadrlar üzrə kargüzarlıq

  • Kadrlar üzrə kargüzarlığın auditi

    

  • Kadr əməliyyatları :

  • Ştat cədvəlinin və təşkilati strukturun hazırlanması (əmr, şöbələrin əsasnamələrinin, vəzifə təlimatlarının prosedura uyğun hazırlanması); 
  • Müəssisədaxili prosedur qaydalarının hazırlanması və icrasına nəzarətin təşkil olunması; 
  • Aidiyyati vakansiya üzrə namizədlərin vəzifəyə uyğun olub-olmamasının yoxlanılması və əmək qanunvericiliyinin  əsaslarına uyğun olaraq sənədləşmənin həyata keçirilməsi (mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması);
  • İşçilərin əmək kitabçaları ilə təmin olunması üçün aidiyyati prosesi həyata keçirmək;
  • İşdən azad edilən işçilərin müvafiq sənədlərinin hazırlanması və xitam prosesinin Əmək qanunvericiliyinə əsasən sənədləşməsinin təmin edilməsi;
  • İşə qəbul, işdən azad və İnsan Resurslarının fəaliyyətinə dair bütün növ əmrlərin hazırlanması;
  • İşçilərin gündəlik və aylıq dəvamiyyətinin izlənilməsi və ay sonu dəvamiyyət tabellərinin hazırlanması; 
  • İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması üzrə tədbirlərin görülməsi;
  • Müəssisənin fəaliyyəti ilə bağlı Dövlət  və Qeyri Dövlət qurumları ilə əlaqəli işləmlərin görülməsi, illik, rüblük və həftəlik hesabatların hazırlanması; 
  • İşçilərin Sosial Sığorta kartı ilə təmin olunması üçün aidiyyatı proseslərin həyata keçirilməsi; 
  • Məktubların tərtib edilməsi və qeydiyyatının aparılmasına nəzarət edilməsi. 
  • Məzuniyyət qrafikinə nəzarət, son haqq hesabların, kompensasiyaların hesablanması və bütün işçilərin məzuniyyət hüququndan istifadə etmələrinin təmin edilməsi;
  • İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi; 
  • İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin hazırlanması;
  • Bütün növ sənədləşmə prosesinin elektron və Kargüzarlığın qanunlarına əsasən qeydiyyatının aparılması;

    

  • Personalın seçimi
  • Cəmiyyətin işçi ehtiyacının təmin edilməsi;
  • Açıq olan vakansiyaların elana hazırlanması (Sizin şirkətin adından namizədlərin axtarışı (strateji zərurət zamanı — bizim şirkətin adından) və yerləşdirilməsi, CV incələmə, vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkil edilməsi, ilkin işə qəbul müsahibələri ilə bağlı nəticələrin hazırlanması, müsahibə nəticələri barədə namizədlərin məlumatlandırılması; 
  • CV bazasının yaradılması və daimi yenilənməsi;