Peşəkarlarımız Mühasibat uçotu və Maliyyə hesabatları xidmətlərinin göstərilməsi sahəsində geniş təcrübə və dərin biliklərə malikdirlər.
- Şirkətin mühasibat uçotunun qurulması və sənədləşmə işlərinin həyata keçirilməsi;
- Kassa aparatının sifarişi/online qeydiyyatı və obyekt kodunun əldə edilməsi üçün vergi orqanına müraciət edilməsi;
- Müştərinin əməkdaşlıq etmək istədiyi bankda hesablarının açılması, biznes və əmək haqqı kartlarının sifariş edilməsi;
- ERP proqram təminatının təşkili və ERP sistemində mühasibatlıq bazasının yaradılması;
- Əsas vəsaitlərin qeydiyyatı və amortizasiyası;
- Alınan və ya İdxal olunan mal-material ehtiyatının qeydiyyata alınması, maya dəyərinin hesablanması və inventarizasiyası;
- Gömrük orqanı ilə əlaqələr – Broker xidmətlərinin təşkili, idxal üçün YGB qeydiyyatı, uçotu, müqavilələrə online kod alınması, YGB-nin bankda bağlanılması və idxal-ixrac zamanı gömrük ödənişlərin üzləşdirilməsi;
- İşçi heyətinin əmək haqqı cədvəlinin hazırlanması və müvafiq olaraq məzuniyyət, xəstəlik vərəqələri, ezamiyyət və digər iş buraxmaların qeydiyyata alınması;
- Alğı-Satqı zamanı Elektron qaimələrin hazırlanması, E-alış aktının yazılması, təchizatçılardan alınan hesab-fakturaların qəbulu və yoxlanılması;
- Satış faktura reyestrinin qeydiyyatının aparılması;
- Təchizatçılara və dövlət strukturlarına ödəmə tapşırıqlarının hazırlanması və ödəmə edilməsi;
- Bank/Depozit/Vergi hesabatlarının üzləşdirilməsi;
- Rəsmi maliyyə hesabatlarının hazırlanması və şirkət rəhbərliyinə təqdim edilməsi;
- Hesabat dövrü üçün elektron vergi bəyənnamələrinin hazırlanması və müvafiq vergi strukturlarına təqdim edilməsi:
- Statistika hesabatı
- Sosial Müdafiə hesabatı
- Məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə hesabatları
- Əlavə Dəyər Vergisi (ƏDV)
- Ödəmə mənbəyindən tutulan vergi
- Sadələşmiş vergi
- Əmlak vergisi
- Mənfəət vergisi və s.